Modern.az

AMEA Ramiz Mehdiyevin səhhəti ilə bağlı məlumat YAYDI

AMEA Ramiz Mehdiyevin səhhəti ilə bağlı məlumat YAYDI

Aktual

4 Fevral 2022, 14:06

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mətbuat xidməti qurumun prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində problemlərin yaranması ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatı təkzib edib.

AMEA-dan Modern.az-a verilən məlumatda Ramiz Mehdiyevin səhhəti ilə bağlı xəbər həqiqətə uyğun olmayan məlumat adlandırılıb:

 

“AMEA Rəyasət Heyətinin Mətbuat xidməti bununla bağlı bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və akademik Ramiz Mehdiyev hazırda işinin başındadır.  Media nümayəndələrini peşəkar jurnalistika prinsiplərinə və etik normalara riayət etməyə, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı