Almaniya kansleri Olaf Şolz və ABŞ Prezidenti Co Bayden fevralın 7-də Vaşinqtonda görüşəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Tərəflər iqtisadi əlaqələr, Ukrayna və Avropanın təhlükəsizliyi, koronavirus pandemiyası ilə qlobal mübarizə və iqlim siyasəti barədə müzakirə aparacaqlar.
Qeyd edək ki, görüşdən sonra mətbuat konfransı nəzərdə tutulub.