Modern.az

Koronavirus xəstələri ictimai yerlərdə saxlanıldı

Koronavirus xəstələri ictimai yerlərdə saxlanıldı

Aktual

12 Fevral 2022, 09:07

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakinləri Rinat Zamanov və Tural Mustafayevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub. Buna baxamayaraq, həmin şəxslərin yaşadıqları ünvanları tərk etdikləri və digərlərinin də sağlamlığı üçün təhlükə yaratdıqları müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən onlar evlərinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Hər iki şəxs barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı