Modern.az

Taksi sürücüsündən məktəbli qızlara qarşı İYRƏNCLİK

Taksi sürücüsündən məktəbli qızlara qarşı İYRƏNCLİK

Aktual

12 Fevral 2022, 11:53

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, E.Camalov polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılıb.

 

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı