Modern.az

"Starship" raketi orbitə bu il buraxılacaq

Aktual

12 Fevral 2022, 13:01

İlon Mask “Starship” raketinin bu il orbitə buraxılacağını açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, SpaceX-in gələcək nəsil kosmik gəmisi olacaq “Starship”, yük və insanları əvvəlcə Ay orbitinə, sonra isə Marsa daşımaq üçün hazırlanır.

 

“Starship” buraxılışdan əvvəl bir çox sınaq mərhələsindən keçəcək. Şirkət bu sınaqları “Starship” gəmisinin “SN” seriyalı prototip versiyaları ilə həyata keçirir.

 

Əvvəlki buraxılış sınaqlarında 4 dəfə partlayan Starship prototipləri son cəhddə uğurla suya buraxılıb və yerə enib.

 

Elon Musk, Ay və Marsa səyahətlər üçün nəzərdə tutulmuş yeni "Ulduz" gəmisinin bir çox texniki və tənzimləyici maneələrə baxmayaraq, bu il ilk dəfə Yer orbitinə çatacağına “son dərəcə əmin olduğunu” söyləyib.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı