Gürcüstanda avtomobil yanacağının qiyməti yaxın günlərdə kəskin artacaq.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın tanınmış iqtisadçı-eksperti Oto Abesadze bildirib.
Onun sözlərinə görə, gələn həftədən etibarən yanacaqdoldurma məntəqələrində qiymət artımı müşahidə ediləcək və bir litr yanacağın qiyməti növündən asılı olaraq 3 lari 50 tetri ilə 4 lari arasında dəyişəcək.
"Yanacağın qiymətinin aşağı salınması birbaşa dövlətdən asılıdır. İdxal olunan yanacağa tətbiq edilən aksiz vergisinin ləğvi və onun əlavə dəyər vergisinin üzən “məzənnə dərəcəsi”nə keçirilməsi ilə yanacağın 1 litrinin qiyməti ən azı 80 tetri ucuzlaşa bilər. Bu vergi güzəşti hökumətə orta hesabla 2,5 milyard lariyə başa gələcək", -deyən O.Abesadze hesab edir ki, dövlətin belə bir yolu seçməsi sual altındadır.