Modern.az

Füzuli sakinləri narkotiklə tutuldular

Füzuli sakinləri narkotiklə tutuldular

Aktual

15 Fevral 2022, 09:18

Füzuli rayon sakinləri 5 kiloqramdan artıq narkotiklə tutulub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildiirlib ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Füzuli rayon sakinləri Seymur Vahidov və əvvəllər məhkum edilmiş Nicat Hüseynov saxlanılıblar.

 

Araşdırma zamanı onlara məxsus 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.



Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Vahidov və N.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı