Modern.az

82 yaşlı qadının boyunbağını oğurladı

82 yaşlı qadının boyunbağını oğurladı

Aktual

15 Fevral 2022, 10:21

Fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girmiş naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı