Modern.az

Peyvənd etirazçılarının bank hesabları dondurulacaq

Peyvənd etirazçılarının bank hesabları dondurulacaq

Aktual

15 Fevral 2022, 10:31

Kanada Baş naziri Jastin Trudeau peyvənd əleyhinə etirazları yatırmaq üçün görünməmiş addım atıb.


Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qanuna görə, məhkəmə qərarına ehtiyac olmadan banklar etirazlarla əlaqəsi olan hər kəsin şəxsi hesablarını dondura biləcəklər.


Eyni zamanda, baş nazir, polisə etirazçıları həbs etmək, cərimələmək və kritik infrastrukturu qorumaq üçün daha çox səlahiyyət veriləcəyini söyləyib.


Tənqidçilər isə qeyd ediblər ki, baş nazir Hindistanda 2021-ci ildə Yeni Dehliyə gedən əsas magistral yolları bağlayan fermerlərə dəstək ifadə edib və o zaman deyib:

 

"Kanada dinc etiraz hüququnu müdafiə etmək üçün həmişə orada olacaq".

 

Xatırladaq ki, Trudeaunun Fövqəladə Hallar Qanununu işə salması, Kanadada nümayişlərin üçüncü həftəsinə girdiyi vaxta təsadüf edir.

 

Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı