“Rusiya departamentinin sorğusuna ölkələrdən cavab gəlməyib. Bu vəziyyət həmin ölkələr üçün lətifədir”.
Modern.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib.
“Artıq vəziyyət dəyişib. Ölkələr suverenliklərini itirirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in üzvü olan ölkələrə məktublar göndərərək, hər bir ölkənin hökumətinin müasir şəraitdə təhlükəsizliyin bölünməzliyi ilə bağlı öhdəliyi praktiki olaraq necə yerinə yetirmək niyyətində olduğunu bildirmələrini, habelə Rusiyanın bu məsələ ilə bağlı sualına cavab vermələrini xahiş edib. Bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə o, nazir yoldaşlarından heç birinin bu mesaja cavab vermədiyini qeyd edib. Birinə yazırsan, o biri cavab verir. Zarafat kimi görünür, amma bu gün belə də olur”,- deyə Zaxarova bildirib.