Modern.az

Qadın həbsdə olan ərinə telefon ötürmək istədi

Qadın həbsdə olan ərinə telefon ötürmək istədi

Aktual

15 Fevral 2022, 11:04

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Bu barədə Modern.az-a Xidmətdən məlumat verilib.

 

"Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Zülfü Vaqif oğlu Kazımovla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı, İmişli rayon sakini İlkanə Yasin qızı Səmədovanın üzəriə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlətdiyi daxilində danışıq kartı olmayan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb", - xXidmətdən qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı