“1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış elan edilmişdi. Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
Prokurorluq rəsmisinin sözlərinə görə, həmin şəxslərin istintaqa cəlb olunması istiqamətində işlər aparılır.