Modern.az

Böyrək transplantasiyasında növbələr var - Komitə sədri

Böyrək transplantasiyasında növbələr var - Komitə sədri

Aktual

15 Fevral 2022, 12:36

Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var. Bu ,onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək köçürmə əməliyyatı keçirilir.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş aparılır.

 

“Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün Türkiyəyə göndərilib”, - deyə komitə sədri qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı