Modern.az

İcra hakimiyyətində müşavirə keçirilib

İcra hakimiyyətində müşavirə keçirilib

Aktual

15 Fevral 2022, 12:52

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin, rayonun digər rəhbər şəxslərinin, xidmət sahələrinin rəhbərlərinin və bir qrup ictimaiyyət fəallarının iştirakı ilə, müşavirə keçirildi, Elçin İsmayılov YAP rayon təşkilatının sədri vəzifəsinə  təyin edilməsi ilə bağlı, rayon ictimaiyyətinə təqdim edildi.

 

Modern.az xəbər verir ki, Həmçinin müşavirədə, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların yenidən dəqiqləşdirilməsi və Statistika Komitəsinin Elektron Sistemi bazasına işlənilməsi, rayon ərazisində qanunsuz torpaq istifadəsi və tikinti hallarının, mövcud qanunvericiliyin tələbləri əsasında qarşısının alınması, rayon ərazisində, o cümlədən  Goranboy şəhər Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işləri, küçələrin asfaltlaşdırılması, gecə işıqlandırılmasının qurulması, elektrik, təbii qaz, su təsərrüfatı və rabitə təminatı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması  və digər cari məsələlər ilə bağlı ərtaflı müzakirələr aparıldı, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı