Modern.az

Ramiz Mehdiyevin qohumuna 1 ay HƏBS VERİLDİ

Ramiz Mehdiyevin qohumuna 1 ay HƏBS VERİLDİ

Aktual

15 Fevral 2022, 13:38

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka həbs olunub.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində artıq məhkəmə qərar çıxarıb.

 

Məhkəmənin qərarı ilə E.Əmirov barəsində 30 sutka həbs qərarı verib.

 

Məlumata görə, E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

 

E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı