Modern.az

QMİ-nin səlahiyyətlərini alan qanun qəbul edildi

QMİ-nin səlahiyyətlərini alan qanun qəbul edildi

Aktual

15 Fevral 2022, 13:56

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.

 

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!