Modern.az

“Azəriqaz”ın rəhbərliyi Tovuzda sahibkarlarla görüşəcək

“Azəriqaz”ın rəhbərliyi Tovuzda sahibkarlarla görüşəcək

Aktual

15 Fevral 2022, 14:04

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Tovuz rayonunda təşkil olunacaq.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin rəhbər şəxsləri Tovuz rayonu, Qovlar qəsəbəsi, Gənclər evində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” fevralın 16-da saat 15:00-dən 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində