Modern.az

Ata qızını boğub ÖLDÜRDÜ

Ata qızını boğub ÖLDÜRDÜ

Aktual

15 Fevral 2022, 14:26

Sumqayıtda qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Tuqzavod” yaşayış massivində qeydə alınıb.

 

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...