Rusiya Dövlət Duması bugünkü plenar iclasda Ukraynanın Donbass bölgəsində yaradılan separatçı Donetsk və Luqansk Xalq respublikalarının tanınması haqqında qərar layihəsinə səs verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Duma adıçəkilən separatçı respublikaların tanınması üçün Prezident Vladimir Putinə müraciət qəbul edib.
Xatırladaq ki, bir müddət öncə Rusiya Kommunist Partiyasının deputatları Prezidentə "Donbass respublikaları"nın müstəqil dövlətlər kimi tanınması və dövlətlərarası münasibətlərin hüquqi əsaslarının yaradılması, bütün münasibətlərin tənzimlənməsi üçün onların rəhbərliyi ilə ilkin danışıqların aparılmasına dair müraciət layihəsi təqdim ediblər.
Fevralın 14-də "Vahid Rusiya"nın deputatları Dövlət Dumasına Rusiya Kommunist Partiyasının qətnamə layihəsi üzrə Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr haqqında qərar layihəsi təqdim ediblər.