Naftalanda Vətən müharibəsi qazisi, Tağıyev İlkin Həmid oğlunun övladı Tağıyeva Dənizin ilk doğum günü münasibətilə ŞİH-nin məsul əməkdaşları qazinin ailəsini ziyarət edib.
Modern.az xəbər verir ki, Dənizin doğum günü münasibətilə ŞİH başçısının təbrikləri çatdırılmış, hədiyyəsi verilib, ailəyə maddi köməklik göstərilib. Səmimi söhbət zamanı qazimizin Vətən Müharibəsində keçdiyi yoldan söz açılmış və Dənizin də atasının adına layiq vətənpərvər ruhda böyüyəcəyi əminliklə vurğulanıb.
Qazi və ailəsi onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, daim xatırlandıqları üçün məmnunluq hisslərini ifadə ediblər.