“Səbail” Futbol Klubunun müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib.
Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub.
Futbol klubu kollektiv adından müdafiəçiyə təşəkkür edib. Klub tərəfindən verilən məlumatda üç mövsüm “Dənizçilər”in uğurları üçün çalışan müdafiəçi barədə “Səbail”in tarixində özünəməxsus yer tutacağı bildirilib.
Qeyd edək ki, Rəhimov 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə komandanın heyətində çıxış edib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Turqay Musayev