UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Marsel”in qonağı olacaq “Qarabağ” komandası Fransaya yollanıb.
Modern.az xəbər verir ki, komandanı Marsel şəhərinə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.
Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda olacaq.
Qeyd edək ki, fevralın 17-də keçiriləcək oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.