Modern.az

Rusiya Bakıya reyslərin sayını artırır

Rusiya Bakıya reyslərin sayını artırır

Aktual

15 Fevral 2022, 16:34

Rusiyanın "Uralskie avialinii" martın 6-dan etibarən Yekaterinburqdan Bakıya reyslərin sayını artıracaq.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

 

Qeyd olunur ki, uçuşlar həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

 

Cümə axşamı reys Yekaterinburqdan yerli vaxtla 15:55-də yola düşəcək, 18:00-da isə Bakıya çatacaq. Əks istiqamətdə 01:05-də yola düşən təyyarə 05:20-də Yekaterinburqa çatacaq.

 

Bazar günləri reys Yekaterinburqdan yerli vaxtla 22:00-da yola düşəcək, 00:05-də isə Bakıya çatacaq. Bakıdan 01:05-də yola düşən təyyarə 05:15-də Yekaterinburqa çatacaq.

 

Qeyd edək ki, hazırda sözügedən aviareys həftədə bir dəfə təşkil olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı