Modern.az

Üç maşından 14 min manatdan çox pul oğurlanıb

Üç maşından 14 min manatdan çox pul oğurlanıb

Aktual

15 Fevral 2022, 16:42

Abşeronda 1 evdən və 3 avtomobildən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki evdən 820 manatlıq qızıl-zinət əşyaları, avtomobillərdən isə ümumilikdə 14.500 manat pul oğurlandığı məlum olub.

 

Keçirilən əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı