Modern.az

Pekin-2022: Azərbaycan təmsilçisi finalda

Pekin-2022: Azərbaycan təmsilçisi finalda

Aktual

15 Fevral 2022, 17:50

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında qısa proqramda çıxışını başa vurub.

 

Modern.az-ın məlumatına görə, o, 61.82 xalla ilk 24 idmançı arasında yer alaraq sərbəst proqrama vəsiqə qazanıb.

 

Y.Ryabova fevralın 17-də sərbəst proqramda mübarizəsini davam etdirəcək.

 

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

 

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı