Rusiya xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər aktual ikitərəfli və regional məsələləri, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasını, həmçinin KTMT çərçivəsində qarşılıqlı fəaliyyət mövzularını müzakirə ediblər.
Bundan əlavə, tərəflər təhlükəsizlik təminatlarına dair danışıqlarla bağlı fikir mübadiləsi aparıblar.
Akif İsmayılov