Modern.az

Sağalanlar yoluxanları üstələdi - Daha 28 ölüm

Sağalanlar yoluxanları üstələdi - Daha 28 ölüm

Aktual

15 Fevral 2022, 18:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4687 yeni yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 752 605 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 935 nəfərdir.

 

Ölkədə son sutka ərzində 15 682, hazırkı dövrədək isə 6 414 158 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı