Modern.az

Azərbaycan elektrik enerjisi ixracını ARTIRIB

Azərbaycan elektrik enerjisi ixracını ARTIRIB

Aktual

15 Fevral 2022, 18:48

2021-ci il ərzində Azərbaycan 1,673 milyard kilovatt-saat elektrik enerjisi ixrac edib.

 

Modern.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat veriblər.

 

Bu göstərici 2020-ci illə müqayisədə 31,23 faiz artıb.

 

Eyni zamanda, Azərbaycan ötən il 151,6 milyon kilovatt-saat elektrik enerjisi idxal edib ki, bu da 2020-ci illə müqayisədə 9,96 faiz çoxdur.

 

Hesabat dövründə ixrac olunan elektrik enerjisinin 257,5 milyon kilovatt-saatı İranın, 720,6 milyon kilovatt-saatı Türkiyənin, 95,2 milyon kilovatt-saatı Rusiyanın, 600,1 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.

 

İdxal olunan elektrik enerjisinin isə 31,9 milyon kilovatt-saatı İranın, 95,1 milyon kilovatt-saatı Rusiyanın, 24,6 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı