Modern.az

Rusiya Donbasa sülhməramlılar göndərir? - Kreml açıqladı

Rusiya Donbasa sülhməramlılar göndərir? - Kreml açıqladı

Aktual

17 Fevral 2022, 15:10

Kreml Donbasa sülhməramlıların göndərilməsi təşəbbüsündən xəbərsizdir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Mən bilmirəm, bu fikri kim səsləndirə bilər. Mən heç kimin belə təşəbbüslə çıxış etdiyini eşitməmişəm. Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiyaya aid edilən planlar Moskvada qəti şəkildə rədd edilir və heç kimi təhdid etmədiklərini daim bəyan edirlər, bütün bu kimi bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur. 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl dediyi kimi, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır", - Peskov jurnalistlərin Kremlin sülhməramlıların Donbasa göndərilməsi barədə sualını cavablandırarkən deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı