Modern.az

Uşaq bağçasında nöqsanlar aşkarlandı - FOTO

Uşaq bağçasında nöqsanlar aşkarlandı - FOTO

Aktual

Bu gün, 10:38

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Modern.az xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Image 2 of 2

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...