Modern.az

Zelenski diplomatlara “ölkədən getməyin” dedi

Zelenski diplomatlara “ölkədən getməyin” dedi

Aktual

17 Fevral 2022, 16:40

Diplomatlar və ATƏT missiyası Ukraynada qalmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

“Müxtəlif ölkələrin diplomatlarının və ATƏT missiyasının Ukraynada fəaliyyətini davam etdirməsi vacibdir. Onların monitorinq fəaliyyətləri deeskalasiya üçün əlavə faktordur”,- Zelenski deyib.

 

Qeyd edək ki, son günlər dünyanın gündəmi Ukrayna və Rusiya arasında davam edən gərginliyə yönəlib. Proseslərin təhlükəli həddə çatdığı bir məqamda bir çox ölkələr öz vətəndaşlarına Ukraynanı tərk etməyi tapşırıb. Artıq 35-dən çox ölkə Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını buradan çıxmağa çağırıb. 

 

Bu siyahıda Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya, Litva və başqa ölkələri görmək olar.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!