Modern.az

Ukraynadan TƏLƏB - NATO hələ tələsmir

Ukraynadan TƏLƏB - NATO hələ tələsmir

Aktual

3 Mart 2022, 10:16

Rusiya qoşunlarının hücumundan sonra ukraynalı diplomatlar NATO ölkələrini Ukrayna səmasını bağlamağı təkid edirlər.

 

Modern.az  xəbər verir ki, bununla bağlı müvafiq petisiya yaradılıb.

 

Bu gün bir milyon imza toplanaraq NATO-ya baxılmaq üçün təqdim olunacaq.

 

Ukrayna niyə səmanı bağlamağı tələb edir?

 

İndi ən böyük problem yaradan Ukrayna şəhərlərinə raket zərbələridir. Ona görə də Ukraynanın hava məkanını bağlamağa ehtiyacı var. Bağlı səma Ukrayna şəhərlərinə daha az raket hücumu deməkdir.

 

Bəs nə üçün NATO Ukraynanın səmasını bağlamağa tələsmir?

 

NATO diplomatları əmindirlər ki, bu, alyansın Rusiya Federasiyası ilə müharibəyə müəyyən qədər cəlb olunması deməkdir. Belə ki, Kanadanın müdafiə naziri Anita Anand bildirib ki, NATO qüvvələri tərəfindən Ukrayna üzərində uçuşa qadağa zonası yaradılmasından söhbət gedə bilməz, çünki bu, Rusiyanı münaqişəni intensivləşdirməyə təhrik edəcək.

 

Pilotsuz aparatların NATO qüvvələri tərəfindən məhv edildiyi zaman artıq müharibənin miqyası böyüyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV