Modern.az

Ukrayna Rusiyanın 3 təyyarə, 2 helikopterini məhv etdi

Ukrayna Rusiyanın 3 təyyarə, 2 helikopterini məhv etdi

Aktual

3 Mart 2022, 11:02

Martın 2-də Ukrayna qüvvələri Rusiya Federasiyasının üç təyyarəsini və iki helikopterini məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının “Facebook” sosial şəbəkəsində məlumatında deyilir.

 

“Martın 2-də Su-24m və Su-25 döyüş təyyarələrinin ekipajları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının hissələrinə havadan dəstək göstərərək, Kiyev, Sumı, Çerniqov və Rusiya hərbi texnikasının kolonlarını və canlı qüvvəsini məhv ediblər”, - məlumatda deyilir.

 

O cümlədən, gün ərzində zenit-raket bölmələri düşmənin üç təyyarəsini və işğalçıların iki helikopterini məhv edib. 

 

Qeyd edək ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rus işğalçılarının 1 təyyarə, 1 helikopter və bir neçə hərbi texnika kolonunu məhv edib.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV