Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski məlumat verib.
Danışıqların Brest vilayətində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəlki görüş fevralın 28-də Belarusun Qomel şəhərində olub.