Ukrayna-Moldova sərhədini qanunsuz keçməyə cəhd edən hərbi yaşda olan 9 nəfərdən ibarət qrup saxlanılıb.
Onların arasında məşhur ukraynalı müğənni Sofiya Rotarunun oğlu və nəvəsi də var.
Modern.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.
“Saxlanılanlar arasında hərbi yaşda olan səkkiz ukraynalı və “bələdçi” adlandırılan Moldova vətəndaşı da var. Moldovaya keçənlər arasında Ruslan Evdokimenko və Anatoli Evdokimenkonu - məşhur müğənni Sofiya Rotarunun oğlu və nəvəsini fotodan tanıya bilərsiniz”, - hər iki şəxsin Ukrayna pasportunun fotosunu dərc edən qəzet yazır.
Müğənni hələ ki, məlumata münasibət bildirməyib.