Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi olub.
Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğın söndürülüb.
Yanğın nəticəsində təxminən 1,5 hektar ərazidə quru ot örtüyü yanıb.