Modern.az

“Neftçi” –“Zirə” matçı bərabərə bitdi

“Neftçi” –“Zirə” matçı bərabərə bitdi

Aktual

3 Aprel 2022, 19:27

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, III dövrənin son oyununda "Neftçi" klubu "Zirə"ni qəbul edib.

 

"Bakcell Arena"da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. Bu nəticədən sonra xalını 38-ə çatdıran "Neftçi" 2-ci, 36 xala malik "Zirə" 3-cü yerdə qərarlaşıb. 

 

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı