Modern.az

Güləşçimiz üçqat Avropa çempionu oldu

Güləşçimiz üçqat Avropa çempionu oldu

Aktual

3 Aprel 2022, 21:43

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində çıxış edən R.Hüseynov startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0.

 

Təmsilçimiz final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib.

 

R.Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn R.Hüseynov üçqat Avropa çempionu olub.

 

Qeyd edək ki, güləşçimiz 2011-ci ildə Almaniyada və 2020-ci ildə İtaliyada keçirilən Avropa çempionatlarında da birinci olub. Təmsilçimiz 2018-ci ildə Rusiyada təşkil olunan qitə birinciliyini üçüncü pillədə başa vurub. R.Hüseynov ötən il Norveçdə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı