Gürcüstanın 5-ci Artilleriya Briqadasının 51-ci Artilleriya Batalyonu Vazianidə döyüş atışları ilə tapşırıq yönümlü taktiki səhra təlimlərini başa çatdırıb.
Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, iki həftə davam edən və üç mərhələdən ibarət olan səhra təlimlərində 5-ci artilleriya briqadasının 51-ci taborunun tabeliyində olan birləşmə və zenit qrupları iştirak edib.
Təlimin yekun hissəsi xüsusi seçilmiş müşahidəçilər komissiyası tərəfindən qiymətləndirilib.
Qeyd olunub ki, təlimlərin keçirilməsində məqsəd taborun döyüş hazırlığının artırılması və müxtəlif döyüş elementlərinin əlaqələndirilməsi və birləşdirilməsidir.