Modern.az

62 yaşlı azərbaycanlı ruslara əsir düşüb

62 yaşlı azərbaycanlı ruslara əsir düşüb

Aktual

22 Aprel 2022, 00:25

Ukraynada yaşayan azərbaycanlı Rusiya hərbçilərinə əsir düşüb.

Modern.az xəbər verir ki, əsir düşən şəxs 62 yaşlı Hafiz Qasımovdur.

Məlumatı onun yaxın qohumu Esmira Qasımova sosial media hesabında paylaşıb. Onun sözlərinə görə, əmisi oğlu Hafiz Qasımov uzun illər Ukraynada yaşayıb.

“Əmim oğlu Hafiz Qasımov Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti, Enerqodar şəhərində ruslara əsir düşüb. O, 1980-ci illərdən Ukraynada yaşayır. 62 yaşı var”, - məlumatda deyilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı