Modern.az

Kadırov “Zelenskini öldürmək” xəbərindən danışdı

Kadırov “Zelenskini öldürmək” xəbərindən danışdı

Aktual

22 Aprel 2022, 09:49

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək istəməsi ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb və məsxərəyə qoyub.
 

Modern.az-ın məlumatına görə, Ramzan Kadırov özünün Telegram kanalında Zelenskini ələ salan açıqlama yayıb.

"Mətbuatdan bu cəfəngiyyatı oxuyuram. Guya, Zelenskini öldürməyi öz öhdəmə götürmüşəm. Mən və ya mənim qrupum haqda belə yazırlar. Zelenski, qaç, qaç! Çünki axırın çatıb, səni özününkülər aradan götürəcək.
Sən bizi narahat etmirsən, çünki sadəcə, KVN komandasının yaxşı oyunçususan... Hadi, gözün hara baxırsa, qaç”, - Kadırov bildirib.
 

O, əlavə edib ki, bu cür söz-söhbətlərə öyrəşib və artıq onlara fikir vermir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı