Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In məktub mübadiləsi aparıb.
Modern.az xəbər verir ki, bu barədə Koreyanın dövlət nəzarətində olan Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
İki lider arasındakı yazışmalar Cənubi Koreyanın yeni prezidenti seçilən və mayın 10-da vəzifəsinin icrasına hazırlaşan Yoon Suk Yeolun administrasiyasında danışıqlar siqnalı kimi şərh edilib.
Xəbərdə, həmçinin qeyd olunub ki, Kim Çen In Mun Çje İnin səlahiyyət müddətinin son günlərinə qədər milləti üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.