Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, prezident Sadır Japarov Kazakbayevin istefasını qəbul edib.
XİN başçısının istefa səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Kazakbayev 2010-2012 və 2020-2022-ci illərdə Qırğızıstanın xarici işlər naziri vəzifəsində çalışıb.