Modern.az

Britaniya Ermənistan-Azərbaycan danışıqlarını ALQIŞLAYIR

Britaniya Ermənistan-Azərbaycan danışıqlarını ALQIŞLAYIR

Aktual

22 Aprel 2022, 22:29

Böyük Britaniya hökuməti 2020-ci ildə Qarabağ münaqişəsindən sonra Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün atdığı addımları alqışlayır və hadisələri yaxından izləyir.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Britaniyanın Cənubi Asiya və Şimali Afrika regionları üzrə dövlət naziri, Xarici İşlər nazirinin müavini Lord Tarıq Əhməd bildirib.

 

O qeyd edib ki, martın 29 və 31-də Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri Ceyms Kleverli müvafiq olaraq Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb.

 

"Böyük Britaniya hökuməti tərəfləri regionda sabitlik və təhlükəsizliyi təmin etmək üçün danışıqlarda iştiraka təşviqə davam edəcək", - Lord Tarıq Əhməd əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı