Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Telefon söhbəti Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Liderlər Ukraynadakı son vəziyyəti və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Putin Rusiya və ABŞ arasında məhbus mübadiləsinə görə Ərdoğana təşəkkürünü bildirib.