“Ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların mübadiləsi Türkiyənin vasitəçilik rolunun vacibliyini nümayiş etdirir”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Rusiya Federasiyası və Türkiyə kəşfiyyat xidmətləri arasında koordinasiya sabitliyin bərqərar olmasına töhfə verəcək. Türkiyə Rusiya ilə Ukrayna arasında nizamlanmada təşəbbüs göstərməyə və bu yolda vasitəçi rolunda çıxış etməyə hazırdır. Qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüslər davam etdiriləcək”,- Ərdoğan deyib.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.