Modern.az

Zaxarovadan həmsədrlərə ittiham: "Həyasız cəhdlərini qeydə almışıq”

Zaxarovadan həmsədrlərə ittiham:

Aktual

28 Aprel 2022, 15:54

"ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrləri - Endryu Şoför və Bris Rokf faktiki olaraq üç həmsədrin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic edib".

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışarkən deyib.
 

“Biz Brüsselin ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan razılaşmalarının mövzusunu və ATƏT-in Minsk qrupunun həmsədrlərinin ötən il təklif etdiyi gündəliyi mənimsəmək üçün həyasız cəhdlərini qeydə almışıq”, - Zaxarova bildirib.
 

M.Zaxarova amerikalı və fransalı həmsədrləri Rusiya ilə əməkdaşlıqdan imtina etməkdə suçlayıb.


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir daha xatırladıb ki, ən yüksək səviyyədə üçtərəfli sazişlər Rusiya tərəfindən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əsas kimi qəbul edilir.
 

Onun sözlərinə görə, Rusiya tərəfi hazırda səylərini mülki şəxslər, iqtisadi operatorlar, dövlətlər və bütövlükdə regionda hiss olunan real nəticələr verən formatlara yönəldir.

M.Zaxarova onu da vurğulayıb ki, “çoxlu yuxu formatları var” ki, lazım gələrsə, aktivləşdirilə bilər.
 

Xatırladaq ki, son zamanlar ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan vasitəçiləri Yerevanda və Bakıda fəal şəkildə görüşlər keçirirlər. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fransa və ABŞ Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin “üçlük”ü çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina ediblər.
 

Eyni zamanda, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi jurnalistlərə bildirib ki, Rusiyanın ATƏT-in Minsk qrupu ilə bağlı bəyanatı bütün tərəflərlə razılaşdırılmayıb və ABŞ-ın yanaşmasını əks etdirmir. Onun sözlərinə görə, Ukraynadakı vəziyyətdən sonra ATƏT-in Minsk qrupunun işi daha da mürəkkəbləşib, lakin bu formatda nizamlanma mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı