Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden aprelin 28-də Ukraynadakı vəziyyətlə bağlı yeni bəyanatla çıxış edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü “The Hill”ə şərhində bildirib.
"Prezident öz ölkələrini müdafiə edən ukraynalılara və onların Rusiyanın amansız müharibəsindən azadlığına dəstək bəyanatları verəcək", - xəbərdə deyilir
“Ağ Ev rəhbəri dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Kiyevə səfərindən bir neçə gün sonra Ukraynanın Rusiya Federasiyasına qarşı mübarizəsindən danışacaq”, - “The Hill” yazır.