Modern.az

İrəvanda daha bir aksiya: “Nikol satqındır” - VİDEO

İrəvanda daha bir aksiya: “Nikol satqındır” - VİDEO

Aktual

28 Aprel 2022, 17:40

Ermənistanda sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika partiyası İrəvanın mərkəzində “Nikolu dayandır!” adlı aksiyası keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Etirazçılar nəqliyyatın hərəkətini dayandıraraq, hökumət binasının qarşısında toplaşıblar. Aksiya iştirakçıları “Nikol satqındır”, “Get!” şüarları səsləndiriblər.

 

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səs-küylü bəyanatlarından sonra ölkədə etiraz aksiyaları başlayıb. Dünən keçirilən aksiya zamanı 50-dən çox nümayişçi saxlanılıb. Etirazçılar Paşinyanın istefasını tələb ediblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı