Kiyevə raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat yayıb.
O bildirib ki, raketlər Krımdan atılıb və paytaxtdakı yeni tikiliyə düşüb. Məskunlaşma az olduğundan tələfat yüksək deyil.
***
22:52
Bu gün axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri raket hücumuna məruz qalıb.
Modern.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat yayıb.
Mer bildirib ki, paytaxtın mərkəzi Şevçenko rayonu ərazisinə iki raket düşüb. Partlayış nəticəsində ölən və xəsarət alanların olub-olmaması araşdırılır.